Bilgəhdə yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq - FOTO

Bilgəhdə yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq - FOTO Bu, keçiriləcək triatlon yarışları ilə əlaqədar baş verəcək
İnfrastruktur
9 İyun , 2015 13:10
Bilgəhdə yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq - FOTO

Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq iyunun 10-14-də paytaxtın Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Zuğulba Yolu/Bakı Dairəvi II yolu - Dairə 1-dən Dairə 2-dək tam bağlanacaq. Bu müddətdə hərəkət istiqaməti Əliağa Vahid, Aslan Salahzadə küçələrinə yönləndiriləcək.

Qeyd edək ki, yarış iyunun 13-də saat 08:30-18:30, iyunun 14-də saat 08:30-dan 19:00-dək, tanışlıq üçün iyunun 10-da saat 05:00-dan 14:00-dək, iyunun 11-də saat 05:00-dan 14:00-dək keçiriləcək və yolların bağlanması bu müddətdə olacaq.

Son xəbərlər

Orphus sistemi