​Bərdə bələdiyyəsi yollarda apardığı təmir işlərini yekunlaşdırıb

​Bərdə bələdiyyəsi yollarda apardığı təmir işlərini yekunlaşdırıb Bələdiyyə yolların təmir edilməsi ilə bağlı dislokasiya planı hazırlayıb
İnfrastruktur
3 Mart , 2016 21:20
​Bərdə bələdiyyəsi yollarda apardığı təmir işlərini yekunlaşdırıb

Bakı. 3 mart. REPORT.AZ/ Bərdə bələdiyyəsi A.Əhmədov və A.Məmmədov küçələrində apardığı təmir işlərini yekunlaşdırıb. Bərdə bələdiyyəsindən “Report”a bildirilib ki, rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən, Bərdə bələdiyyəsi hazırda rayonun N.Hikmət, Pişəvəri və Bakıxanov və Y.Y.Massivinin küçələrində abadlıq və təmir işlərini davam etdirir.

Sözügedən küçələrdə yaranan gölməçə sular suçəkən maşın vasitəsilə çəkilib, avtomobillərin hərəkətinə maneçilik törədən iri ağaclar budanıb. Yollar qum, çınqıl və s. vasitələrlə təmin olunub, qreder vasitəsilə hamarlanıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev abadlıq və təmir işləri gedən ərazidə sakinlərlə görüş keçirib.

Qeyd edək ki, Bərdə bələdiyyəsi təmir işlərini davam etdirəcək. Bələdiyyə tərəfindən yolların təmir edilməsi ilə bağlı dislokasiya planı hazırlanıb.

Son xəbərlər

Orphus sistemi