Baş Prokurorluq tender elan edib

Baş Prokurorluq tender elan edib Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqını ödəməlidirlər
İnfrastruktur
24 İyun , 2016 10:41
Baş Prokurorluq tender elan edib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın Baş Prokurorluğu tikinti materiallarının satınalınması ilə bağlı açıq tender elan edib.

“Report”un xəbərinə görə, tender iştirakçıları “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, yazılı təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlanmış zərfdə təqdim edilməlidirlər.

Tenderdə qalib gələnlər malları bir il ərzində təchiz etməlidirlər. Təkliflərin qiymətləndirilməsində səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə, iddiaçının maliyyə vəziyyətinə üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqını ödəməlidirlər. Bundan sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi 7 ünvanından almaq olar. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Baş Prokurorluqdan bildirilib ki, iddiaçılar tenderdə iştira etmək üçün yazılı müaricət, iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifinin dəyərinin 2 faizi həcmində bank təminatı, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış, iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə tərtib olunmalıdır. Sənədlər avqustun 9-u saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə avqustun 16-sı saat 17.00-a qədər Baş Prokurorluğa təqdim edilməlidir.

İddiaçıların təklifləri avqustun 17-də saat 11.00-da Baş Prokurorluqda açılacaq. 

Son xəbərlər

Orphus sistemi