Balakən Rayon İcra Hakimiyyətinə 2,9 milyon manat ayrılıb

Balakən Rayon İcra Hakimiyyətinə 2,9 milyon manat ayrılıb Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
9 Dekabr , 2014 18:56
Balakən Rayon İcra Hakimiyyətinə 2,9 milyon manat ayrılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Balakən Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi