O, deyib ki, yaddaş kitabçasında “avtobus sürücüsü” peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, “BakuBus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydaları əks olunub.
Bütün bunlarla yanaşı, sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında əksini tapıb.
"BakuBus" sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra "BakuBus"un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini burdakı qaydalara əsasən həyata keçirəcək. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.