Bakıya təcili eniş edən təyyarənin sərnişini dünyasını dəyişib

Bakıya təcili eniş edən təyyarənin sərnişini dünyasını dəyişib 72 yaşlı Böyük Britaniya vətəndaşı R.Şukla təyyarədə dünyasını dəyişib
İnfrastruktur
25 Yanvar , 2016 11:40
Bakıya təcili eniş edən təyyarənin sərnişini dünyasını dəyişib

Bakı. 25 yanvar. REPORT.AZ/ “Air India” aviaşirkətinə məxsus olan və London-Mumbai reysini yerinə yetirən təyyarənin göyərtəsində bir sərnişinin səhhətinin qəfil pisləşməsi Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında onun təcili eniş etməsinə səbəb olub.

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski “Report”a bildirib ki, 72 yaşlı Böyük Britaniya vətəndaşı R.Şukla təyyarədə dünyasını dəyişib: “Sərnişin artıq təyyarə yerə enməmiş dünyasını dəyişib. Ailəsi R.Şuklanın cənazəsinin Bakıda qalmasını istəyib. Hazırda cənazənin yola salınması ilə bağlı işlər aparılır. Təyyarə isə saat 07:00-da yola düşüb. Bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir”.

Qeyd edək ki, “Air India” şirkətinə məxsus “Boeing Dreamliner” (B787-800) təyyarəsi Londondan dünən axşam yerli vaxtla saat 19:00-da havaya qalxıb. Qrafik üzrə hava gəmisi səhər saat 04:00-da Mumbaidə yerə enməli idi. Lakin təcili eniş səbəbi ilə aviareysdə gecikmə yaranıb.

Son xəbərlər

Orphus sistemi