​Bakının şimal girişində tıxac yaranıb - FOTO

​Bakının şimal girişində tıxac yaranıb - FOTO Avtomobillərin nizamsız hərəkəti sıxlığı daha da artırır
İnfrastruktur
31 Avqust , 2015 09:35
​Bakının şimal girişində tıxac yaranıb - FOTO

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin şimal girişində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Report"un hadisə yerində olan müxbirinin məlumatına görə, Bakı-Sumqayıt şosesində Bakı Beynəlxalq Avtovağzalı qarşısında böyük tıxac yaranıb. Avtomobillərin nizamsız hərəkəti isə sıxlığı daha da artırır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə "Report"a bildirilib ki, sıxlıq hələ də davam edir.

Bundan başqa, paytaxtın Afiyəddin Cəlilov küçəsində nisbi sıxlıq qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi