Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq Səbəb magistral xətlərdə yenidənqurma işlərinin aparılmasıdır
İnfrastruktur
18 Fevral , 2016 19:00
Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məhdudiyyətə səbəb magistral xətlərdə yenidənqurma işlərinin aparılmasıdır.

Belə ki, məhdudiyyətlər Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsində fevralın 18-i saat 23:00-dan fevralın 19-u saat 18:00-dək olacaq.

Son xəbərlər

Orphus sistemi