Bakının Nizami rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Nizami rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq Məhdudiyyətə səbəb xətlərdən birində qəzanın baş verməsidir
İnfrastruktur
25 Mart , 2016 12:30
Bakının Nizami rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 25 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məhdudiyyətə səbəb xətlərdən birində qəzanın baş verməsidir.

Belə ki, “+82 Şərq” su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi