Bakının mərkəzinə doğru yollarda hərəkət sıxlaşıb

Bakının mərkəzinə doğru yollarda hərəkət sıxlaşıb Bakı-Sumqayıt şosesində nəqliyyatın hərəkətində sıxlıq yaranıb
İnfrastruktur
4 Oktyabr , 2016 09:24
Bakının mərkəzinə doğru yollarda hərəkət sıxlaşıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında bir neçə istiqamətdən Bakı şəhərinin mərkəzinə doğru istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Ziya Bünyadov küçəsi (hər iki istiqamətdə), Heydər Əliyev prospekti, Babək prospekti, həmçinin Niyazi küçəsi ("İçərişəhər" metro stansiyası istiqamətində), Binəqədi şosesi (mərkəzə doğru), Bakı-Sumqayıt şosesində (paytaxta doğru) nəqliyyatın hərəkətində sıxlıq yaranıb. 

Bundan başqa, analoji vəziyyət Tbilisi prospekti, Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısı), "Azneft" dairəsi və Rəşid Behbudov küçəsində müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi