Bakının əsas yollarında sıxlıq yaranıb

Bakının əsas yollarında sıxlıq yaranıb Hazırda paytaxtın bir sıra prospektlərində avtomobillərin hərəkəti intensivdir
İnfrastruktur
1 Aprel , 2016 08:18
Bakının əsas yollarında sıxlıq yaranıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospekti (A.Nemətulla və Ə.Həsənoğlu küçələri ilə kəsişmə), Xətai prospekti və Mətbuat prospektində (Badamdar şosesi) nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bundan başqa, Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Neftçilər prospekti (Kukla Teatrının qarşısı), Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı), Ziya Bünyadov prospekti ("Koroğlu" metrosu), Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi və Binəqədi şosesində (mərkəzə doğru) avtomobillərin sıxlığı müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi