Bakının əsas prospektlərindən birində yenilik edilib

Bakının əsas prospektlərindən birində yenilik edilib Bakı Nəqliyyat Agentliyi yeni təşəbbüs irəli sürüb
İnfrastruktur
20 Oktyabr , 2016 17:25
Bakının əsas prospektlərindən birində yenilik edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı şəhəri Ziya Bünyadov prospektinin Xəlil Rza küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkətində yaranan sıxlığı aradan qaldırmaq və X.Rza küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmasının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) yeni təşəbbüs irəli sürüb.

BNA-dan "Report"a daxil olan məlumata görə, qeyd edilən çətinliyi həll etmək üçün 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülməkdədir.

"Koroğlu" metro stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən ("Koroğlu" NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobuslar X.Rza küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. X.Rza küçəsi tam olaraq istifadəyə verildikdən sonra, həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı" - BNA-nın məlumatında qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi