Bakının əsas prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının əsas prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir
İnfrastruktur
7 Aprel , 2015 09:29
Bakının əsas prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakı şəhərinin Heydər Əliyev prospektində (şəhər istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, sürücülər alternativ olaraq Ziya Bünyadov və Babək prospektlərindən istifadə edə bilərlər.

Eyni zamanda, Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində), Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalın qarşısı), Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı) və Azadlıq prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində nəqliyyatın hərəkətində sıxlıq var.  

Son xəbərlər

Orphus sistemi