Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Bakıda səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Bakı-Sumqayıt şosesi (20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi, Azadlıq prospekti (Ziya Bünyadov prospekti istiqamətində), o cümlədən Yusif Səfərov küçəsi (Nobel prospekti istiqamətində) və Tbilisi prospektində (mərkəzə doğru) avtomobillərin tıxacı yaranıb.