Bakının əsas küçə və prospektlərində sıxlıq yaranıb

Bakının əsas küçə və prospektlərində sıxlıq yaranıb Bəzi küçələrdə isə tıxac yaranıb
İnfrastruktur
28 Sentyabr , 2015 09:40
Bakının əsas küçə və prospektlərində sıxlıq yaranıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Hazırda Bakı şəhərinin bir sıra əsas küçə və prospektlərində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, indi Ziya Bünyadov prospekti (Ayna Sultanova körpüsü istiqamətində), Bakı-Sumqayıt şosesi (paytaxt istiqamətində), Moskva prospekti (şəhər mərkəzi istiqamətində), A.Bakıxanov küçəsində (İzmir parkı istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bundan başqa, Dövlət Statistika Komitəsinin qarşısı (İnşaatçılar prospekti, iki istiqamətdə), Şeyx Şamil və Koroğlu Rəhimov küçələrində sıxlıq var. 

Son xəbərlər

Orphus sistemi