​Bakının əsas küçələrində tıxac yaranıb

​Bakının əsas küçələrində tıxac yaranıb Nəqliyyat vasitələri yollarda ləng hərəkət edir
İnfrastruktur
22 May , 2015 08:34
​Bakının əsas küçələrində tıxac yaranıb

Bakı. 22 may. REPORT.AZ/ Hazırda Bakı şəhərinin əksər əsas küçələrində nəqliyyatın hərəkətində çətinlik müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Binəqədi şosesində (şəhər mərkəzi istiqamətində), Azadlıq prospekti (mərkəz istiqamətində), Xətai prospekti, Əhməd bəy Ağaoğlu küçəsində tıxac yaranıb.

Eyni zamanda, paytaxtın Mehdi Hüseyn və Şeyx Şamil küçələrində, həmçinin Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi