Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Sürücülərə alternativ olaraq köməkçi yollardan istifadə etmələri tövsiyə olunur
İnfrastruktur
15 Fevral , 2015 11:11
Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 17:00-dək Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Qələbə dairəsi istiqamətində, eləcə də əks istiqamətdə və Azadlıq prospekti ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərə alternativ olaraq köməkçi yollardan istifadə etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi