Bakı. 23 fevral. REPORT,AZ/ Fevralın 24-də saat 04:00-dan etibarən Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətində məhdudiyyətlər olacaq.
“Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, suyun verilməsində məhdudiyyət Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədardır.