Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir
İnfrastruktur
16 Aprel , 2015 09:49
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin əksər küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı) və Zərifə Əliyeva küçəsində sıxlıq yaranıb.

Bundan başqa, nəqliyyat vasitələrinin sıx hərəkəti, həmçinin Neftçilər prospekti (Qız Qalasının qarşısı), Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsi, habelə Həsən Əliyev və Təbriz küçələrində qeyd edilir.

Son xəbərlər

Orphus sistemi