Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb

Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb Avtomobillərin sıxlıq dərəcəsi hərəkətə mane olur
İnfrastruktur
15 Sentyabr , 2015 09:52
Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hazırda Bakı şəhərinin müxtəlif yol və prospektlərində böyük tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən xəbərə görə, Həsən Əliyev, Səməd Vurğun, 28 May, A.Bakıxanov, Zərifə Əliyeva, Rəşid Behbudov, A.Salamzadə, Niyazi, İnşaatçılar, Şeyx Şamil, Ə.Haqverdiyev və N.Yusifbəyli küçələrində böyük tıxac yaranıb.

Bununla yanaşı, əsas prospektlərdə də analoji hərəkət sıxlığı müşahidə olunur. Belə ki, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində), Ziya Bünyadov prospekti ( “Koroğlu” m/st. istiqamətində) və N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Son xəbərlər

Orphus sistemi