​Bu gün Bakının bəzi rayonlarında su problemi olacaq

​Bu gün Bakının bəzi rayonlarında su problemi olacaq Məhdudiyyətlər yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır
İnfrastruktur
4 Avqust , 2016 09:53
​Bu gün Bakının bəzi rayonlarında su problemi olacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Bakı şəhəri Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, gün ərzində məhdudiyyətlər İzmir küçəsində 5, 7, 9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsində olacaq.

Məhdudiyyətlər yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi