​Bakının Badamdar qəsəbəsində içməli su problemi olacaq

​Bakının Badamdar qəsəbəsində içməli su problemi olacaq Qəsəbəni içməli su ilə təmin edən iki ədəd magistral xəttin birində qəza baş verib
İnfrastruktur
1 İyul , 2016 18:35
​Bakının Badamdar qəsəbəsində içməli su problemi olacaq

Bakı. 1 iyul. REPORT.AZ/ Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən iki ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib.

“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb.

Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq iyulun 1-2-də Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi