​Bakının 43 avtobus marşrutu dəyişdiriləcək

​Bakının 43 avtobus marşrutu dəyişdiriləcək Bir neçə marşrut asma körpü ilə Q.Qarayev prospekti istiqamətində yönləndiriləcək
İnfrastruktur
22 Aprel , 2015 13:22
​Bakının 43 avtobus marşrutu dəyişdiriləcək

Bakı. 22 aprel. REPORT.AZ/ İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışı və bağlanma günlərində Bakı şəhər və şəhərətrafı 43 avtobus marşrut xətlərinin mövcud sxemlərində dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu barədə "Report"a ”Bakı Sərnişin Nəqliyyatı” MMC-dən məlumat verilib.

Bundan başqa, aprelin 1-də Olimpiya Kəndinin qarşısındakı yolun bağlanması ilə əlaqədar olaraq “Koroğlu” metro stansiyasına şəhər istiqamətində daxil olan 13 marşrut xətlərində dəyişiklik edilərək avtobusların hərəkətinin asma körpü ilə Q.Qarayev prospekti istiqamətində təşkil edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi