​Bakıdan Yaponiyaya yeni yükdaşıma reysi açılıb

​Bakıdan Yaponiyaya yeni yükdaşıma reysi açılıb Bu istiqamətdə karqo reysi həftədə iki dəfə təşkil olunacaq
İnfrastruktur
25 Yanvar , 2016 17:23
​Bakıdan Yaponiyaya yeni yükdaşıma reysi açılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Yükdaşıma və çarter reyslərini təşkil edən “Silk Way West Airlines” aviaşirkəti yanvarın 24-də ilk dəfə Bakıdan - Heydər Əliyev Hava Lımanından Yaponiyanın Komatsu şəhərinə birbaşa yükdaşıma reysi həyata keçirib.

Aviaşirkətdən “Report”a verilən məlumata əsasən, dünən yola düşən "Boeing 747-8F" tipli təyyarə bu gün Komatsuya çatıb: “Bu istiqamətdə reys həftədə iki dəfə təşkil olunacaq. İlk yükdaşıma reysi ilə Bakıdan Yaponiyanın Komatsu şəhərinə 34 ton kommersiya məhsulu ixrac olunub”.

Qeyd edək ki, Komatsu hava limanında ilk reysin qarşılanma mərasimində Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Son xəbərlər

Orphus sistemi