Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq

Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq Hazırda bununla bağlı danışıqlar aparılır
İnfrastruktur
14 Sentyabr , 2016 16:37
Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib. 

"Bakıdan Kiyev (Ukrayna), Bakuriani və Borjomi (Gürcüstan) şəhərlərinə avtobus səfərləri həyata keçiriləcək. Hazırda qeyd edilən istiqamətlərə birbaşa səfərlərin təşkil edilməsi məqsədilə danışıqlar aparılır. Tezliklə daha ətraflı məlumat yayımlayacağıq", - deyə Ş.Mehmanqızı bildirib. 

Son xəbərlər

Orphus sistemi