Bakıda yollarda böyük sıxlıq yaranıb

Bakıda yollarda böyük sıxlıq yaranıb Yollarda avtomobillər intensiv hərəkət edirlər
İnfrastruktur
5 Aprel , 2016 08:26
Bakıda yollarda böyük sıxlıq yaranıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Bakının bir neçə küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. "Report"un Nəqliyyatı İntellektual İdaəretmmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Rəşid Behbudov küçəsi (Mərkəzi Bank istiqamətində), Səməd Vurğun küçəsində (MTK-nın qarşısı), İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsi və A. Bakıxanov küçəsi ilə kəsişmə), habelə Badamdar dairəsinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsi, Tbilisi prospekti, Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Binəqədi şosesi (mərkəzə doğru) və Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. 

Eyni zamanda İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Əziz Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi