​Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi tarix məlum olub

​Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi tarix məlum olub Hazırda son tamamlanma işləri gedir
İnfrastruktur
30 Aprel , 2015 10:10
​Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi tarix məlum olub

Bakı. 30 aprel. REPORT.AZ/ Bakı şəhərində Nobel prospektinə paralel 8 hərəkət zolaqlı dənizkənarı avtomobil yolunun tikintisinin mayın ikinci ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulub. Hazırda son tamamlanma işləri gedir, asfalt-beton örtüyünün son layı vurulur. Bu barədə "Report"a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə 3 yeraltı piyada keçidi tikilib və onların da son tamamlanma işləri icra edilir.

Qeyd edək ki, yol boyu iki dairəvi qovşaq və üç piyada keçidi tikilib. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq olan yol 4 gediş və 4 gəliş olmaqla, 8 hərəkət zolağından ibarətdir.

Eni isə 45 metr olan yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır. Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan “Ağ Şəhər”in ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.

Son xəbərlər

Orphus sistemi