Bakıda vahid kartlardan bütün avtobuslarda istifadə olunacaq

Bakıda vahid kartlardan bütün avtobuslarda istifadə olunacaq Nəqliyyat Nazirliyi açıqlama verib
İnfrastruktur
20 Yanvar , 2016 15:24
Bakıda vahid kartlardan bütün avtobuslarda istifadə olunacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin bir qismində artıq kart sistemi tətbiq olunub. Tezliklə paytaxtın digər ictimai nəqliyyat vasitələrində də vahid gediş haqqı istifadə olunacaq. 

"Report"un xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. 

Nazir müavini bildirib ki, yeni sistem insanlara rahatlıq yaradır: "Bundan başqa, avtobuslara minib-düşmənin sürətini artırır. Bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”. 

Son xəbərlər

Orphus sistemi