Bakıda üç istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq mövcuddur

Bakıda üç istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq mövcuddur S.Vurğun küçəsi, Azadlıq və Xətai prospektlərində avtomobillər ləng hərəkət edir
İnfrastruktur
25 Noyabr , 2015 09:23
Bakıda üç istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq mövcuddur

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Azadlıq prospekti (şəhər mərkəzi istiqamətində), Səməd Vurğun küçəsində və Xətai prospektində (Təhsil Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarətetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir.

Bundan başqa, şəhərin Yusif Səfərov, Mehdi Hüseyn, İstiqlaliyyət, Rəşid Behbudov, Koroğlu Rəhimov küçələri (Prezident iqamətgahı istiqamətində), habelə Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Bakıxanov küçəsi və Dövlət Statistika Komitəsinin qarşısında avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə olunur.  

Son xəbərlər

Orphus sistemi