​Bakıda tikilmiş bina World Architecture Festival mükafatına namizəddir

​Bakıda tikilmiş bina World Architecture Festival mükafatına namizəddir Nəticələr bu ilin noyabr 4-5-də Sinqapur şəhərində açıqlanacaq
İnfrastruktur
24 İyun , 2015 16:04
​Bakıda tikilmiş bina World Architecture Festival mükafatına namizəddir

Bakı. 24 iyun. REPORT.AZ/ Dünya Memarlıq Festivalı (World Architecture Festival) 2015-ci il mükafatı üçün seçilmiş namizədlər siyahısını açıqlayıb. Bakı Ağ Şəhərdən “Report”a verilən məlumata görə, dünyanın ən iri memarlıq mükafatı proqramı olan WAF-a 47 ölkədən 700-dən çox memarlıq və dizayn layihələri iştirak ərizələrini təqdim ediblər. Namizədlər siyahısında “Foster + Partners”, “Zaha Hadid Architects”, “Herzog & de Meuron”, “OMA”, “Buro Ole Scheeren”, “Atkins” kimi memarlıq bürolarının da işləri var.

Bakı Ağ Şəhər ofis binası da ofis kateqoriyasında mükafata namizəd kimi seçilib.

Qeyd edək ki, bu kateqoriyada London, Sinqapur, Sidney, Əbu-Dabi kimi şəhərlərdən də ofis binalarının namizədliyi var. Nəticələr bu ilin noyabrın 4-5-də Sinqapur şəhərində açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi