​Bakıda "Rolls-Royce"un ilk Texniki Servis Mərkəzi açılıb

​Bakıda "Rolls-Royce"un ilk Texniki Servis Mərkəzi açılıb Texniki xidmətdən sonra bütün müştərilərə bir il zəmanət veriləcək
İnfrastruktur
13 Noyabr , 2015 14:33
​Bakıda Rolls-Royceun ilk Texniki Servis Mərkəzi açılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün "Rolls-Royce Motor Cars" şirkətinin Azərbaycanda rəsmi idxalçısı olan "Improtex Motors" şirkətinin Bakıda ilk "Rolls-Royce" Texniki Servis Mərkəzinin açılış mərasimini keçirib.

"Report" xəbər verir ki, Mərkəz avtomobilin elektronikası və mexaniki hissələrində təmir və yenilənmə işlərinin aparılması üçün yüksək keyfiyyətli və sertifikatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 250 kv. metr təşkil edən Servis Mərkəzi müştəri qarşılama otağı, təmir sahəsi, resepşn, gözləmə otağı, ehtiyat hissələrinin anbarı və s. ibarətdir.

Tədbirdə çıxış edən "Improtex Motors" şirkətinin baş direktoru Həsən İsmayılov bildirib ki, texniki xidmət, ehtiyat hissələrinin dəyişdirilməsi proseslərini yüksək ixtisaslı mühəndis və mexaniklər aparır: "Göstərilən bütün xidmətlər müasir standartlara və istehsalçı şirkətin tələblərinə tam cavab verir. Texniki xidmətdən sonra bütün müştərilərimiz "Rolls-Royce" tərəfindən bir il müddətinə zəmanət əldə etmiş olurlar. Yeni xidmət mərkəzinin təklif etdiyi orijinal ehtiyat hissələri müştərilərimizin təhlükəsizliyinin zəmanətidir. Müştərinin fərdi şəkildə qarşılanması, gözləmə müddətində istirahətinin təşkili, avtomobil servisdə olduğu zaman onun mühafizəsi və s. təmin olunur".

"Improtex Motors" şirkətinin marketinq və koorporativ satış üzrə meneceri Ziya Mahmudov isə qeyd edib ki, "Rolls-Royce"un rəsmi dünya üzrə 4 Texniki Servis Mərkəzi var. Onun sozlərinə görə, Qafqaz regionu üzrə şirkətin Servis Mərkəzi yalnız Bakıdadır.

Tədbir zamanı "Rolls-Royce" sahiblərinə mərkəzin təchizatı və işçiləri ilə tanış olmaq imkanı yaradılıb. Hədiyyə qismində "Rolls-Royce" sahiblərinə avtomobilləri pulsuz diaqnostikadan keçirmək təklif olunub.

Son xəbərlər

Orphus sistemi