​Bakıda ötən gün bağlanan əsas yolda nəqliyyatın hərəkəti bərpa edilib - VİDEO

​Bakıda ötən gün bağlanan əsas yolda nəqliyyatın hərəkəti bərpa edilib - VİDEO Həmin yol genişlənib və bu da tıxacların aradan qaldırılmasına hesablanıb
İnfrastruktur
7 Mart , 2015 11:36
​Bakıda ötən gün bağlanan əsas yolda nəqliyyatın hərəkəti bərpa edilib - VİDEO

Bakı. 7 mart. REPOERT. AZ/ Heydər Əliyev prospekti köməkçi hissənin Böyük Şor qovşağından Ramstor qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan başlayan işlər, gecə saat 3-4 radələrində başa çatdırılıb.

Bunu "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O bildirib ki, görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda, Heydər Əliyev Mərkəzinin qarşısından Ramstor qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib.

"Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb", - P.Mürsəliyev bildirib. 

Son xəbərlər

Orphus sistemi