​Bakıda nəqliyyatın hərəkətini izləmək üçün yeni məlumat-izləmə lövhələri quraşdırılıb

​Bakıda nəqliyyatın hərəkətini izləmək üçün yeni məlumat-izləmə lövhələri quraşdırılıb Fərdi avtomobillərin maneəsiz hərəkəti üçün xüsusi buraxılış vəsiqələrindən istifadə olunacaq
İnfrastruktur
29 May , 2015 12:04
​Bakıda nəqliyyatın hərəkətini izləmək üçün yeni məlumat-izləmə lövhələri quraşdırılıb

Bakı. 29 may. REPORT. AZ/ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb. Bu barədə jurnalistlərə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

O, deyib ki, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər.

Bununla yanaşı qeyd olunub ki, fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq (məsələn, xarici giriş, Əməliyyat Komitəsi əməkdaşları və s.) xüsusi buraxılış vəsiqələrindən (wapp) istifadə olunacaq.

Həmin buraxılış vəsiqələri kodlaşdırılıb, onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.

Son xəbərlər

Orphus sistemi