​Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək

​Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək Toplantıda SSRİ dövründə tətbiq edilən hərbi standartların yenidən baxılması nəzərdə tutulur
İnfrastruktur
2 Dekabr , 2014 10:53
​Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək
  • Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə DövlətKomitəsindən "Report"a verilən məlumata görə, Azərbaycanla yanaşı toplantıda Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın müvafiq dövlət qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

  • İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər planı, 2013-2015-ci illər üzrə Dövlətlərarası standartlaşdırma üzrə işlər planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi