Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının komissiyasının iclası keçirilib

Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının komissiyasının iclası keçirilib Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstanın nümayəndələri iştirak ediblər
İnfrastruktur
4 Oktyabr , 2016 16:11
Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının komissiyasının iclası keçirilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 3-4-də Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib.

Standartlaşdırma, Metrologiya və Pantent üzrə Dövlət Komitəsindən “Report”a verilən xəbərə görə, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanları və Dövlətlərarası Şuranın nümayəndələri iştirak ediblər.

İclasda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində Azərbaycanın digər MDB ölkələri ilə qurulan ikitərəfli, təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrindən razılıq, bu sahədə əldə olunan uğurlardan danışılıb.

İclasda Dövlətlərarası Şuranın əvvəlki iclaslarında qəbul olunan qərarların icra vəziyyəti, 2016-2020 ci illər üzrə Şuranın strukturunun inkişaf mexanizmi, Şuraya üzv dövlətlərin iqtisadi inkişafı üçün strategiyası və digər məsələlər müzakirə edilib.

Eyni zamanda iclasda isə “Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması haqqında” saziş, beynəlxalq (ISO, IEC) standartlara keçidlə əlaqədar olaraq, həmin standartlar əsasında yeni dövlətlərarası (ГОСТ) standartların hazırlanması və digər mövzularda müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi