Bakıda ictimai nəqliyyatda kameraların quraşdırılmasına start verilir

Bakıda ictimai nəqliyyatda kameraların quraşdırılmasına start verilir Bakı Nəqliyyat Agentliyi artıq daşıyıcılara bununla bağlı xəbərdarlıq edib
İnfrastruktur
18 Oktyabr , 2016 13:00
Bakıda ictimai nəqliyyatda kameraların quraşdırılmasına start verilir

Bakı. 18 oktyabr. REPORT.AZ/  Bakı Nəqliyyat Agentliyinin daşıyıcı sirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır. 

"Məqsəd müntəzəm sənişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması, eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır. Bunu nəzərə alaraq, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir. Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək", - deyə qurumun məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi