Bakıda daha bir yolda təmir başa çatıb

Bakıda daha bir yolda təmir başa çatıb Təmir aparılan ərazinin uzunluğu 1 450 metrdir
İnfrastruktur
21 Dekabr , 2015 15:59
Bakıda daha bir yolda təmir başa çatıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Nizami rayonu, Mikayıl Əliyev küçəsində apardığı kompleks təmir işlərini bitirib. “Report” “Azəryolservis” ASC-yə istinadən bildirir ki, küçənin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq tam olaraq yekunlaşıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1 450 metr, küçənin ortalama eni isə 20 metrdir.

Sözügedən ərazidə “Azəryolservis” tərəfindən 1 km-dən artıq yağış-kanalizasiya sistemi qurulub, küçə boyu yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib. Zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Yolun kənarına 3 min paqonmetrə yaxın səki daşları düzülüb.

Təmir-tikinti işləri zamanı köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə, bu ərazinin 2 qat olmaqla 30 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə yolun 4-5 metr genişləndirilməsi işləri də aparılıb.

Küçəsinin sözügedən hissəsində aparılan kompleks tədbirlər çərçivəsində ASC yol boyu işıqlandırma sistemini yeniləyib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Xatırladaq ki, bir müddət öncə Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi də təmir edilərək yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Həmin hissənin isə uzunluğu 1 375 metr, eni 26,5 metrdir, ikiqat olmaqla küçənin 36,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yol boyu müasirişıqlandırma sistemi qurulub, hər iki istiqamət üzrə yeni işıq dirəkləri quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi