Bakı. 5 mart. REPORT.AZ / I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Bakı şəhərinin Mikayıl Əliyev küçəsində təmir işləri aparılır.
Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılıb.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev "Report"a bildirib ki, təmir işləri axşam saat 23:00-24:00 radələrində başa çatdırıldıqdan sonra bağlanan hissənin açılması gözlənilir: "Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur".