Bakı. 12 avqust. REPORT.AZ/ Bakı şəhərinin iki böyük prospekti, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burada nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“
Qeyd edək ki, uzunluğu 1 070 metr, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib, xəndəklər bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Ümumilikdə, küçənin 19,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2 200 paqon metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.