​Bakıda daha bir yol genişləndirilir

​Bakıda daha bir yol genişləndirilir Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir
İnfrastruktur
27 Noyabr , 2015 10:33
​Bakıda daha bir yol genişləndirilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda Bəkir Çobanzadə küçəsi təmir edilir. Bu barədə "Report"a "Azəryolservis" ASC-dən məlumat verilib.

Təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.

Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənəcək, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürüləcək.

Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 1 800 paqonmetrə yaxın yeni səki daşları düzülür.

Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. Əraziyə ikiqat olmaqla 14 min kv. metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bununla yanaşı, B.Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirməsi işləri aparılacaq. Genişləndirmə işləri nəticəsində yolun hərəkət hissəsi 5 metrə yaxın genişləndiriləcək. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.

Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılır. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi