Bakı. 17 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir. Təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.
"Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Bu axşam asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır", - deyə məlumatda qeyd edilib.