​Bakıda daha bir mərkəzi küçənin təmirinə başlanılıb

​Bakıda daha bir mərkəzi küçənin təmirinə başlanılıb Süleyman Rüstəmov küçəsinin köhnə asfalt-beton örtüyü qaşınıb çıxarılır
İnfrastruktur
5 Mart , 2015 14:05
​Bakıda daha bir mərkəzi küçənin təmirinə başlanılıb

Bakı. 5 mart. REPORT.AZ/ Bu gündən etibarən Bakı şəhərində Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib. Bu, I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin nəzərdə tutduğu tədbirlərin icrası çərçivəsində həyata keçirilir.

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda uzunluğu 220 metr, eni isə 14 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır.

Son xəbərlər

Orphus sistemi