Bakıda daha bir küçə sökülür

Bakıda daha bir küçə sökülür Yasamal rayonunun Əhməd Cəmil küçəsində təmir-tikinti işlərinə başlanılıb
İnfrastruktur
14 İyul , 2015 15:44
Bakıda daha bir küçə sökülür

Bakı. 14 iyul. REPORT.AZ/ Bakı şəhərinin bəzi küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Yasamal rayonu Əhməd Cəmil küçəsində də təmir-tikinti işlərinə başlanılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin "Report"a verdiyi məlumata görə, Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Artıq küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 14,5 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2 500 paqon metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdiriləcək.

Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi