Bakıda mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq

Bakıda mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq Bu gecə Neftçilər prospektində rənglənmə işləri aparılacaq
İnfrastruktur
5 Avqust , 2016 11:18
Bakıda mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, eyni zamanda piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri aparılacaq.

“Report” “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinə istinadən xəbər verir ki, bununla bağlı saat 22:00-dan etibarən səhər saatlarına qədər Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissədə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş verə biləcək narahatlığa görə, “Azəravtoyol” vətəndaşlardan üzr istəyir, sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi