​Bakıda bir neçə yerdə tıxac yaranıb

​Bakıda bir neçə yerdə tıxac yaranıb Paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur
İnfrastruktur
6 May , 2015 08:43
​Bakıda bir neçə yerdə tıxac yaranıb

Bakı. 6 may. REPORT.AZ/ Bu gün səhər saatlarında paytaxt küçələrində nəqliyyat vasitələrinin nisbi sıxlığı qeyd alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakının 20 Yanvar dairəsi - Bakı-Sumqayıt şosesi istiqamətində, Binəqədi istiqamətində, Bakıxanov-İzmir küçələri və Koroğlu Rəhimov küçəsində sıxlıq müşahidə edilir.

Həmçinin. nəqliyyat vasitələri Ceyhun Hacıbəyli-Təbriz küçələri, Xətai və Azadlıq prospektlərində tıxac yaradıb. 

Son xəbərlər

Orphus sistemi