​Bakıda bir çox yolda tıxac yaranıb

​Bakıda bir çox yolda tıxac yaranıb Mərkəzi küçələrdə avtomobillər ləng hərəkət edir
İnfrastruktur
4 May , 2015 09:26
​Bakıda bir çox yolda tıxac yaranıb

Bakı. 4 may. REPORT.AZ/ Hazırda Bakı şəhərinin əksər əsas küçələrində avtomobil tıxacı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, indi Heydər Əliyev prospekti (kənar yol, şəhər istiqamətində), Babək prospekti (şəhər istiqamətində), Yusif Səfərov küçəsi, Fəzail Bayramov küçəsi, Nəcəfqulu Rəfiyev küçəsi, Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı) və Şeyx Şamil küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Bundan başqa, paytaxtın Niyazi küçəsi, Əziz Əliyev küçəsi, Qara Qarayev prospekti, Ziya Bünyadov prospekti, habelə Həsən Əliyev küçəsi və Bakı-Sumqayıt şosesində də tıxac yaranıb.

Son xəbərlər

Orphus sistemi