Bakıda beynəlxalq metrologiya toplantısı keçirilir

Bakıda beynəlxalq metrologiya toplantısı keçirilir Tədbir üç gün davam edəcək
İnfrastruktur
27 Aprel , 2015 15:39
Bakıda beynəlxalq metrologiya toplantısı keçirilir

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 41-ci və Nəzəri Metrologiya üzrə İşçi Qrupun 15-ci iclası işə başlayıb.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Report”a bildirilib ki, tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma üzrə milli orqanları, Dövlətlərarası Şuranın və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.

İclası giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya şöbəsinin müdiri Elçin Abbasov metrologiya sahəsində qurulmuş beynəlxalq və regional əməkdaşlıqdan, bu sahədə əldə olunan uğurlardan danışıb.

Şuranın məsul katibi Nikolay Sonetsdə çıxış edərək metrologiya sahəsinin inkişafı üçün ölkələr və təşkilatlar arasında iş və fikir mübadiləsinin aparılmasının vacib olduğunu bildirib.

Dövlətlərarası Şuranın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 41-ci və Nəzəri Metrologiya üzrə İşçi Qrupunun 15-ci iclası çərçivəsində Tipin təsdiqi məqsədilə ölçmə vasitələrinin yoxlanılması, kaliblənməsi, metroloji attestasiyası, sınaqların nəticələrinin tanınması, 2015-ci ilə qədər olan müddət ərzində Dövlətlərarası Şuranın Fəaliyyət Planını həyata keçirilməsi üzrə 2016-2020-ci illər ərzində inkişaf strategiyasının icrasına dair Dövlətlərarası Şuranın təklifləri, qarşılıqlı mübadilə edilən enerji daşıyıcılarının qeydiyyatı və keyfiyyətinin təkmilləşdirilməsi üzrə dövlətlərarası normativ sənədlərin hazırlanması planları, Dövlətlərarası və COOMET təşkilatları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə protokolun həyata keçirilməsi və digər cari məsələlər müzakirə edilir.

Qeyd edək ki, tədbir aprelin 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi