Bakıda baş vermiş qəza yola 13 min manat ziyan vurub - FOTO/VİDEO

Bakıda baş vermiş qəza yola 13 min manat ziyan vurub - FOTO/VİDEO Ağır tonnajlı yük maşını Bakı Dairəvi-1 avtomobil yolunun 12-ci kilometrliyində qəza törədib
İnfrastruktur
18 Noyabr , 2015 13:57
Bakıda baş vermiş qəza yola 13 min manat ziyan vurub - FOTO/VİDEO

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a daxil olan məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətindən hərəkətdə olan “Shagman” markalı 90-VU-596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və işıq dirəyini dağıdaraq dayanıb.

Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq sükana nəzarəti itirib. Bu zaman isə qəza baş verib, qəza zamanı təqribən 100 paqon metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb. İlkin hesablamalara görə, bunun nəticəsində yol təsərrüfatına 13 min manata yaxın ziyan dəyib. “Azəryolservis”in əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Son xəbərlər

Orphus sistemi