Bakıda "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" mövzusunda tədbir keçirilir

Bakıda "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" mövzusunda tədbir keçirilir Tədbir yeni layihənin açılışına həsr edilib
İnfrastruktur
3 Mart , 2016 09:54
Bakıda Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi mövzusunda tədbir keçirilir

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinninq layihəsinin açılış mərasimi keçirilir.

"Report" xəbər verir ki, bu layihə Aİ tərəfindən maliyyələşdirilən layihədir və Aİ-nın Azərbaycandakı nümayəndəliyi tərəfindən idarə edilir. Layihə Aİ-nın üzv dövlətlərindən Çexiya Metrologiya İnstitutu və Almaniya Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium və benefisiar ölkə - Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən icra ediləcək.

Görüşdə SMPDK rəhbərliyi, Çexiya və Almaniyanın Azərbaycandakı səfirləri, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, həmçinin benefisiar ölkə qurumlarının nümayəndələri və üzv dövlətlərin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, bu layihənin əsas məqsədi Komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon kalibrləmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, metrologiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanda metrologiya infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu məqsədlə müvafiq təlimlərin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi