Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək Danışıqlarda sürücülərin digər tərəfin ərazisində qalma müddətinin dəyişdirilməsi məsələsi müzakirə ediləcək
İnfrastruktur
19 Oktyabr , 2016 15:25
Bakıda Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçiriləcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Sabah Bakıda Azərbaycan-Rusiya Beynəlxalq avtomobil daşımaları Qarışıq Komissiyasının növbəti iclası keçiriləcək. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) "Report"a daxil olan məlumata görə, iclasda Azərbaycan tərəfdən nümayəndə heyətinin sədri, DANX-ın rəisi Elnur Abdullayev, Rusiya tərəfdən Nəqliyyat Nazirliyi Avtomobil və şəhər sərnişin nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey təmsil edəcək. 

İclasda Azərbaycanla Rusiya arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin dəyişdirilməsi, həmçinin, sərnişin və yük daşımaları məsələləri, "İcazə" blanklarının kontingentinin müəyyən edilməsi və digər məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi